Partlayışda 14 nəfər öldü - Çində

partlayisda-14-nefer-oldu-
Oxunma sayı: 640

Çində binada güclü partlayış baş verib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə Sinmin şəhərinin Şensi əyalətində qeydə alınıb. Partlayış nəticəsində ən azı 14 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.

Sinxua dövlət informasiya agentliyinin məlumatında bildirilir ki, daha 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edilir ki, güclü parlayışdan sonra onlarla binaya, 60 avtomobilə və yerli xəstəxanaya ziyan dəyib. Hadisənin səbəbi hələlik məlum deyil.

Aysel Kərimova