“Parlament prezident Maduronu devirə bilməz” - Ali Məhkəmə

parlament-prezident-maduronu-devire-bilmez
Oxunma sayı: 1071

Venesuela milli assambleyası ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmaq səlahiyyətlərinə malik deyil.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Venesuela Ali Məhkəməsi bildirib.

Bundan əvvəl 106 deputat dövlət başçısının vəzifədən getməyinin lehinə səs verib, 3 millət vəkili isə bitərəf olub. Həmçinin onlar ölkədə yeni prezident seçkilərinin keçirilmə tarixini də təyin etməyi bildiriblər.

Deputatların fikrincə, ölkədə yaranmış iqtisadi və sosial böhrana görə Maduro cavabdehdir. Millət vəkilləri prezidenti Milli Assambleyasının işinə mane olmaqda da ittiham edirlər.