Parlament binası yanında terakt - 38 ölü, 72 yaralı + Yenilənib

parlament-binasi-yaninda-terakt
Oxunma sayı: 3717

Əfqanıstanın paytaxtında parlament binası yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunun ardınca isə terrprçu-kamikadze özünü partladıb. Ard-arda baş verən terrorda azı 25 nəfər ölüb.

Parlamentin toza bürünmüş fotosu isə jurnalistlərdən biri tərəfindən çəkilib.

Hər iki terroru Taliban qruplaşması öz üzərinə götürüb.

***

“Associated Press”in xəbərinə görə, terakt nəticəsində ölənlərin sayı 38 nəfərə, xəsarət alanların sayı isə 72 nəfərə yüksəlib. Bu barədə Əqanıstan Səhiyyə Nazirliyinin əməkdaşı Mohibulla Zir bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında mülki vətəndaşlarla yanaşı 4 polis də var.