Parisdə parka ildırım düşdü - 6 yaralı

parisde-parka-ildirim-dusdu
Oxunma sayı: 827

Fransanın paytaxtı Parisdə parklardan birinə ildırım düşüb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində 6 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə baş verən zaman parkda 11 nəfər olub. Onların kimliyi açıqlanmasa da, lakin çoxunun uşaq olduğu bildirilir.