Paris metrosunda partlayış - Fotolar

paris-metrosunda-partlayis
Oxunma sayı: 3761

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polisin verdiyi məlumata əsasən hadisəyə səbəb texniki nasazlıq olub. Nəticəsində Parisin 6 stansiyasında metronun hərəkətində problem yaranıb.

“Heç bir partlayış baş verməyib. Bu terror aktı deyil”,-deyə polisdən verilən məlumatda bildirilib.

Jurnalist Remi Byuzin öz tvitter hesabında hadisənin “Place d'Italie” stansiyasında baş verdiyini və 8 nəfərin yaralandığını qeyd edib.