Pakistandakı teraktı İŞİD törədib - Yenilənib

pakistandaki-terakti-isid-toredib
Oxunma sayı: 1172

Pakistanın Şehvan Şərif şəhərində Lal Şahbaz Qalandar türbəsində partlayış olub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, sufi ayininin keçirildiyi zaman baş vermiş partlayış nəticəsində ən azı 25 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

***

“Reuters”in məlumatına görə, İŞİD qruplaşması terror aktına məsuliyyəti öz üzərinə götürüb.