Pakistanda iki qatar toqquşdu - Ölən və yaralananlar var

pakistanda-iki-qatar-toqqusdu
Oxunma sayı: 1434

Pakistanın Multan şəhəri yaxınlığında iki qatar toqquşub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər ölüb, 150 nəfər isə xəsarət alıb. Qatarlardan biri sərnişin, digəri isə yük qatarı olub. İnsident nəticəsində 4 vaqon relsdən çıxıb, 15 nəfərin vəziyyəti kritikdir.