Pakistanda etiraz aksiyasında partlayış olub

pakistanda-etiraz-aksiyasinda-partlayis-olub
Oxunma sayı: 633

Pakistanın Pəncab vilayətinin Lahor şəhərində etiraz aksiyası zamanı terrorçu özünü partladıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Partlayış nəticəsində 11 nəfər ölüb. Çoxlu sayda yaralı var.

Hücuma görə məsuliyyəti “Taliban”dan ayrılan “Cemaat ul-Ahrar” qruplaşması üzərinə götürüb.