Pakistan Əfqanıstanla sərhədə artilleriya yerləşdirib

pakistan-efqanistanla-serhede-artilleriya-yerlesdirib
Oxunma sayı: 643

Pakistan antiterror kampaniyası çərçivəsində Əfqanıstanla sərhədə ağır artilleriya yerləşdirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ötən həftə Sehvan-Şərifdə baş verən və 88 nəfərin ölümü ilə nəticələnən terrordan sonra belə bir kampaniyaya başlayıb.

Qeyd edək ki, həmin terror aktından sonra Pakistan müəyyən edilməmiş müddətə qədər Əfqanıstanla sərhədi bağlamaqla bağlı qərar qəbul etmişdi.

Pakistan ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur isə bildirib ki, sərhəddəki təhlükəsizlik tədbirləri ümumi düşmənə qarşı mübarizə məqsədi daşıyır və Əfqanıstanla birgə terrorizmlə mübarizə aparmağa davam edəcəklər.