Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

ozunu-gulleleyen-deputat-arvadinin-mektubu-tapildi
Oxunma sayı: 4013

İntihara cəhd edən Türkiyənin keçmiş futbolçusu və MHP-li deputat Saffet Sancaklının xanımı Hülya Sancaklının həyati təhlükəsi davam edir.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə baş verən gün evdə olan təhlükəsizlik əməkdaşı isə həmin anları belə anladıb:

“Hülya Sancaklının oğlu Mert mənə zəng edib anası ilə telefonda danışdığını və vəziyyətinin yaxşı olmadığını söylədi. Mütləq evə baş çəkməyimi istədi. Ehtiyat açarının da yerini dedi. Qapını açıb evə girdim. Hülya xanımla göz-gözə gəldik. “Məni tək buraxın” deyə bağırdı. Sonra evin digər hissəsinə gedərək atəş açdı. Onu qanlar içində görərkən yardım istədim. Ərazinin təcili yardımı gəldi və onu xəstəxanaya apardıq”.

İntihar cəhdindən sonra Sancaklının uşaqlarına yazdığı məktubu tapılıb:

“Duyğum, Mertim məni bağışlayın. Tükəndim. Bütün sevdiklərimdən üzr istəyirəm”.