Özbəkistandan 39 nəfəri öldürən terrorçu ilə bağlı - Açıqlama

ozbekistandan-39-neferi-olduren-terrorcu-ile-bagli-
Oxunma sayı: 6247

İstanbulda “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən özbək əsilli terrorçu Əbdülqədir Maşaripovla bağlı Özbəkistandan açıqlama gəlib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, Özbəkistan təhlükəsizlik orqanlarından olan səlahiyyətli şəxs Maşaripovun 6 il öncə ölkəni tərk edərək Əfqanıstana getdiyini, orada terror təşkilatına üzv olduğuna dair xəbər aldıqdan sonra axtarışda olan şəxslər siyahısına daxil edildiyini söyləyib.

Mənbənin sözlərinə görə, Əbu Məhəmməd Horasano kod adlı terrorçu Özbəkistanın qərbində yerləşən Kokan şəhərində qeydiyyatdadır.

Qeyd edək ki, Ə. Maşaripov yanvarın 16-na keçən gecə İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində saxlanılıb.