Ordu, polis və jandarma rəhbəri vəzifəsindən göndərildi - Qiyama görə

ordu-polis-ve-jandarma-rehberi-vezifesinden-gonderildi
Oxunma sayı: 1801

Fil Dişi Sahilinin prezidenti Alassan Uattar iki günlük qiyamdan sonra ordu, polis və jandarma rəhbərini vəzifəsindən uzaqlaşdırıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, general Sumaylo Bakayoko, polis rəhbəri Bredu Mbia və milli jandarmanın komandiri Jerve Kuaku Kuassi tutduqları postdan uzaqlaşdırılıblar.

Qeyd edək ki, ötən cümə günü bir qrup hərbçi silah anbarını ələ keçirdikdən sonra Buake şəhərində qiyam qaldırmışdı. Bundan əlavə Daloa və Korxoqo şəhərlərində də qiyam baş vermişdi. Hərbçilər həyat şəraitlərinin yaxşılaşması və maaşlarının artırılmasını tələb edirdilər.