“Onu qulağından tutub həbsə atmalıydıq...” - Çavuşoğlu

onu-qulagindan-tutub-hebse-atmaliydiq
Oxunma sayı: 2709

“Almaniya və Hollandiya ilə aramızda yaranmış diplomatik krizin səbəbkarı Türkiyə deyil”.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Əslində bu, Avropanın hazırkı vəziyyətinin bizə yansımağıdır. İrqçilik, başqa millətlərə qarşı düşmənçilik, İslama qarşı hörmətsizlik, türklərə, miqrantlara qarşı olmaq hazırki dünyanın güzgüsüdür. Əgər Hollandiyanın Türkiyəyə qarşı etdiklərini biz də qarşılıqlı olaraq etməli olsaydıq, o zaman gərək o gecə Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər müvəkkilini nazirliyə çağırıb, onu qulağından tutaraq həbsə atmalı idik”, - deyə M. Çavuşoğlu söyləyib.