“Onlar başlarını itiriblər” - Saakaşvili + Video

onlar-baslarini-itiribler
Oxunma sayı: 5442

Bu gün Mixail Saakaşvilinin qubernatoru olduğu Odessa Vilayət Administrasiyasının binasında hüquq-mühafizə orqanları axtarış aparıb.

Yerli KİV-lərin xəbərinə görə, axtarışlar Saakaşvilinin köməkçisi və müşaviri, Gürcüstanın eks-baş konsulu Teymuraz Nişnianidzenin kabinetində və evində, eləcə də “Odessa naminə” fondunda aparılıb.

Qafqazinfo”nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Mixail Saakaşvili hadisədən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında bunun siyasi provakasiya olduğunu deyib.

“Bu cür nə Viktor Pşonka işləyib, nə Putinin təyin etdiyi prokurorluq rəhbəri belə fəaliyyət göstərir, eləcə də Şimali Koreya belə işləmir. Onlar ümumiyyətlə başlarını itiriblər”, - deyə Saakaşvili söyləyib.

Onun sözlərinə görə, Yuriy Luçenkonun administrasiyada axtarışlar aparıldığından xəbəri olmayıb.

“Mən Luçenkoya zəng etdim və məlum oldu ki, onun bu hadisədən xəbəri olmayıb. O çox təəccübləndi. Bax, bu ölkədə belə güc var, yuxarılardan xəbərsiz istənilən özbaşınalığı edə bilirlər”.