Olland fövqəladə vəziyyətlə bağlı qanun layihəsi verir

olland-fovqelade-veziyyetle-bagli-qanun-layihesi-verir
Oxunma sayı: 1322

Fransa prezidenti Fransua Olland deputatları Parisdə törədilən terror aktlarından sonra ölkədə fövqəladə vəziyyət rejimini uzatmağa çağırıb.

“Qafqazinfo”nun azadlıq.org-a istinadən məlumatına görə, o, noyabrın 16-da parlamentin hər iki palatasının iclasında çıxış edərkən bildirib ki, fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı noyabrın 18-də qanun layihəsi təqdim edəcək. Prezident millət vəkillərini həmin layihəni noyabrın 20-də təsdiqləməyə çağırıb.

Olland həmçinin qeyd edib ki, Suriyada vahid bir koalisiya mübarizə aparmalıdır və yaxın vaxtlarda bu məsələni ABŞ və Rusiya prezidentləri ilə müzakirə edəcək.

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 adam ölüb.