Ölkədə matəm, televiziyalarında çal-çağır - Türkiyədə+Fotolar

olkede-matem-televiziyalarinda-cal-cagir
Oxunma sayı: 6421

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə tarixində ən böyük terror hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ankaradakı partlayış zamanı 86 nəfər ölüb, 186 nəfər isə yaralanıb. Bu terror hadisəsi bütün dünya gündəmini zəbt edib. Əksər siyasi liderlər Türkiyə rəhbərliyinə başsağlıqları verib. Belə bir məqamdə hər zaman gücündən danışdığımız Türkiyə mediası matəmə baxmayaraq proqramlarında heç bir dəyişiklik etməyib.

Əksər TV-lər gündəlik əyləncə və şou proqramlarını nümayiş etdiriblər. 

Yalnız bir neçə kanalda matəm rəmzi olaraq qara lent işarələrinə rast gəlmək mümkündür.

Baxmayaraq ki, bu gün baş nazir Əhməd Davudoğlu çıxışında ölkədə 3 günlük matəm elan olunduğunu açıqlamışdı.

Görüntülərdən məlum olduğu kimi Türkiyə televiziyalarında serial və reklamlar nümayiş etdirilib. 

Həmin an müxtəlif televiziyalardan çəkilmiş fotoları təqdim edirik: