Ölənlərin sayı 80-ə çatdı

olenlerin-sayi-80-e-catdi
Oxunma sayı: 1960

İŞİD terrorçularının İraqın Kərkük şəhərinə hücumu nəticəsində ölənlərin sayı artıb.

Qafqazinfo”nun Associated Press-ə istinadən məlumatına görə, hücum zamanı azı 80 nəfərin həlak olduğu deyilir. Ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşları olub.

Bundan başqa, terrorda daha 170 nəfər yaralanıb, ölənlərin sayının artacağı istisna edilmir.

Daha öncə ölənlərin sayının 46 olduğu bildirilirdi. Qeyd edək ki, Mosulda sıxışdırılan İŞİD qüvvələri dünən gözlənilmədən Kərkükə hücum ediblər.