Ölən şəxslərin adı açıqlandı - Klinton da tanıyırmış...

olen-sexslerin-adi-aciqlandi-
Oxunma sayı: 1843

Qırğızıstanda qəzaya düşən yük təyyarəsində həlak olan ekipaj üzvlərinin kimliyi bəlli olub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həlak olan şəxslərdən 4 nəfərlik heyətin adını müəyyən etmək mümkün olub.

Məlumata görə, həmin şəxslər kapitan pilot İbrahim Gürcan Dirancı, ikinci pilot Kazım Öndül, yükləmə mütəxəssisləri Melih Aslan və İhsan Qocadır. Qeyd edilir ki, təqaüddə olan pilot, general-mayor Kazım Öndül daha əvvəl Əfqanıstanda da xidmət edib. Hətta 2009-cü ildə ABŞ dövlət katibi olan Hillari Klinton Öndülü tanıyıb. Klinton ondan bəhs edən zaman xoş sözlər deyib.

Aysel Kərimova