“Öldürülən prezidentin qardaşı deyil” - Səfirin iddiası

oldurulen-prezidentin-qardasi-deyil-
Oxunma sayı: 1324

Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlı maraqlı iddia ortaya atılıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkənin Kuala-Lumpurdakı səfiri Kan Çxol Malayziyada öldürülən şəxsin KXDR liderinin qardaşı olmadığını deyib. Səfir qətli araşdıran Malayziya istintaqına etibar etmədiyini bildirib: “İnsidentdən 7 gün keçib, ancaq Malayziya polisi ölümün səbəbinə dair heç bir sübüt təqdim etməyib. Biz polislərə etibar edə bilmərik. Səfirlik müəyyən edib ki, öldürülən şəxs KXDR vətəndaşı Kim Çxoldur. Onun pasportunda adı belə yazılıb”,- deyib.

Xatırladaq ki, Şimali Koreya prezidentinin qardaşı Kim Çen Namın fevralın 14-də Kuala-Lumpur hava limanında iki qadın tərəfindən zəhərlənərək öldürüldüyü barədə xəbərlər yayılmışdı.

Aysel Kərimova