Oğlu Davudoğlunu ayaqüstə izlədi - Foto

oglu-davudoglunu-ayaquste-izledi
Oxunma sayı: 6498

Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb. Mayın 4-də prezident Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu arasında təkbətək görüş olub. Görüşdə qərara alınıb ki, mayın 5-də AKP-nin fövqəladə qurultayı keçirilsin.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bu gün baş tutan qurultaydan sonra baş nazir mətbuat konfransı keçirib.

Davudoğlu çıxışında 20 aylıq baş nazirlik dönəmindəki fəaliyyətinin hesabatını verərək bildirib ki, AK partiyasına sədrlik etdiyi dövrdə heç bir istefa yaşanmayıb, heç kim partiyadan qopmayıb: “Ən böyük hədəfim partiyamın birliyini qorumaq olub. Canla-başla çalışdım, millətim şahiddir”.

AK Partiya Konqresində namizəd olmamasına gəlincə Davudoğlu bildirib ki, bu qərarı almağında hər hansı məğlubiyyət duyğusu ya da peşmanlıq hissi yoxdur:

“Prezidentimizlə vəfa əlaqələrimizi son nəfəsimə qədər davam etdirəcəyəm. Onunla dostluğum hər şeyin önündədir. Prezidentimiz haqqında tək kəlimə mənfi söz ağzımdan çıxmadı, çıxmayacaq”.

Qeyd edək ki, Türkiyə baş nazirinin vida çıxışını oğlu Mehmet Davudoğlu ayaqüstə izləyib.