Odessada keçirilən aksiyada 40 nəfər saxlanılıb

odessada-kecirilen-aksiyada-40-nefer-saxlanilib
Oxunma sayı: 883

2014-cü il mayın 2-də Odessada baş vermiş iğtişaşın qurbanlarına görə bu gün aksiya keçirilib.

Qafqazinfo”nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, aksiya nəticəsində 40 nəfər saxlanılıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Regional İdarəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Ukraynanın Odessa şəhərində mayın 2-də baş verən qarşıdurma ölkədə hökumət dəyişikliyindən sonra sonra qeydə alınan ən qanlı toqquşma olub. Qarşıdurmada 48 nəfər ölüb, 180-dən artıq insan yaralanıb.