Öcalanın deputat qohumu sərbəst buraxıldı - Yenilənib

ocalanin-deputat-qohumu-serbest-buraxildi
Oxunma sayı: 1585

Xalqların Demokratik Partiyasının (HDP) Şanlıurfa üzrə millət vəkili Dilek Öcalan saxlanılıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, o, İstanbul şəhərində polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bugünə qədər HDP sədri Səlahəddin Dəmirtaş və həmsədri Figen Yüksəkdağ olmaqla 13 nəfər həbs olunub.

***

Şanlıurfa 5-ci Ağır Cəza Məhkəməsi tərəfindən haqqında saxlanılma qərarı çıxarılan Dilek Öcalan Atatürk hava limanından polisin müşayiəti ilə Bakırköy Ədalət Sarayına aparılıb.

“Hurriyet” xəbər verir ki, “terror təşkilatının təbliğatını aparmaq” cinayət maddəsi üzrə saxlanılan deputat ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, D.Öcalan Kürd Fəhlə Partiyasının lideri Abdullah Öcalanın qardaşı qızıdır.