Obamanın bu sözləri gülüşə səbəb oldu

obamanin-bu-sozleri-guluse-sebeb-oldu
Oxunma sayı: 2997

ABŞ prezidenti Barak Obama qızlarını həyatının ən böyük nailiyyəti adlandırıb. "Qafqazinfo" ANSpress-ə istinadən xəbər verir ki, prezident bu barədə Ağ Evdə ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən görüşdə jurnalistika fakültəsinin tələbələrinin suallarını cavablandırarkən bildirib.

“Hər şeydən çox onunla qürur duyuram ki, Mişel Obamanın köməkçisi olaraq 2 möhtəşəm qız böyütmüşəm”, - deyə ABŞ prezidenti vurğulayıb. Prezidentin bu sözləri auditoriyada gülüşlə qarşılanıb.

Daha sonra prezident 2008-ci ildə ölkədə yaşanan iqtisadi böhrandan xilas olmaq üçün Uoll-stritdə aparılan dəyişikliklərdən, eləcə də səhiyyə sistemində aparılan islahatlardan danışıb.

Prezident Ağ Evdən getdikdən sonra praktiki olaraq gələcək haqqında düşünməyə vaxtının olmadığını bildirib.

Artıq ikinci müddətdir ki, ABŞ prezidenti olan Barak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa Obama (2001) adlı iki qız övladına sahibdir. Hər iki prezident qızı Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar. Asudə vaxtlarında isə gimnastika, piano və tennis dərsləri alırlar. Dövlət başçısı seçilməzdən öncə senator Barak Obama ailəsi ilə Çikaqo şəhərində yaşayırdı. Burada onun qızları Çikaqo Universiteti yanında yaradılan elit orta məktəbdə təhsil alırdılar.