Obamanı Fransaya prezident istəyirlər

obamani-fransaya-prezident-isteyirler
Oxunma sayı: 1685

Fransızlar ABŞ-ın eks-lideri Barak Obamanı ölkənin prezidenti kimi görmək istəyirlər.

Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” nəşri məlumat yayıb. Xəbərdə qeyd edilir ki, aktivistlər Paris küçələrinə plakatlar yapışdıraraq “Obama 17” yazıblar və vətəndaşları eyniadlı saytda imzatoplamaya dəvət ediblər.

Fəalların fikrincə, petisiya vasitəsilə Barak Obamanı Fransa prezidentliyinə namizəd olmağa razı sala bilərlər. Hazırda aktivistlərin məqsədi 1 milyon imza toplamaqdır.

Aysel Kərimova