Obamadan “WikiLeaks”in informatoruna jest

obamadan-wikileaksin-informatoruna-jest
Oxunma sayı: 940

ABŞ prezidenti Barak Obama WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərar verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, 35 il azadlıqdan məhrum edilən Çelsi Meninq bu ilin mayın 17-də sərbəst buraxılacaq.

Qeyd edək ki, WikiLeaks-in təsisçisi Culian Assanj informatoru Celsi Meninqin cəzası yüngülləşdiriləcəyi təqdirdə ABŞ-a təslim olacağını bildirib.