Obama siyahıda 12-ci oldu

obama-siyahida-12-ci-oldu
Oxunma sayı: 1591

ABŞ-ın eks prezidenti Barak Obama tarixçilərin hazırladığı reytinq siyahısında 12-ci yeri tutub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ilk üçlükdə Avraam Linkoln, Corc Vaşinqton və Franklin Ruzvelt qərarlaşıb. Autsayderlər sırasında isə Ceyms Byukenen, Endryu Conson və Franklin Pirs yer alıb.

Reytinqə əsasən Obama ən yaxşı nəticəni iqtisadiyyat sahəsində (8-ci yer), pis nəticəni isə Konqresslə münasibətdə (39-cu yer) və beynəlxalq əlaqələrdə (24-cü yer) göstərib.

Qeyd edək ki, siyahını hazırlanmasında 91 tarixçi və ekspert iştirak edib.