Obama Ərdoğana kömək təklif etdi

obama-erdogana-komek-teklif-etdi
Oxunma sayı: 1946

ABŞ prezidenti Barak Obama Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Obama telefon danışığı zamanı Ərdoğana və Türkiyə xalqına Atatürk hava limanında baş vermiş terror aktının qurbanlarına görə başsağlığı verib. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti türkiyəli həmkarına terror aktlarını hərtərəfli araşdırmağa dair kömək təklif edib.

Qeyd edək ki, Atatürk aeroportunda baş vermiş iki partlayış nəticəsində 41 nəfər həlak olub, 239 nəfər xəsarət alıb.