Obama Devid Kameronu oyuna dəvət etdi - Fotosessiya

obama-devid-kameronu-oyuna-devet-etdi-fotosessiya
Oxunma sayı: 627

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ-da səfərdə olan Kameron və prezident Obama oyunu azarkeşlərlə birgə izləyiblər. Ağ ev açıqlamasında Obama və Kemronun ölkənin ən mühüm idman tədbirlərindən biri olan turnir üçün Daytona səfərinin iki transatlantik müttəfiq arasındakı “xüsusi əlaqənin” olduğuna işarə kimi qiymətləndirib.

Oyun zamanı Obama tərəfdarları ilə söhbət edib və ilk dəfə basketbol matçını izləyən Kamerona oyunla bağlı məlumatlar verib. Kameron isə qarşılığında Obamaya kriket oyunu öyrədəcəyini deyib.
Obamanın bu addımı Kameronla şəxsi əlaqələri gücləndirmək və məhz bu ştatı seçməsinə səbəb kimi isə prezident seçkiləri zamanı bu bölgədən səs toplamaq ehtimalının az olması göstərilib.


Səidə