Obama daha 330 nəfərin cəzasını azaltdı

obama-daha-330-neferin-cezasini-azaltdi
Oxunma sayı: 778

ABŞ prezidenti Barak Obama vəzifəsinin son günündə narkotik cinayətlərdən həbs olunmuş 330 məhkumun cəzasını azaldıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.

Məlumata görə, Obama verdiyi qərarla ABŞ tarixinə ən çox cəza endirimi edən prezident kimi düşüb.

Obama 8 illik prezidentliyi dövründə 715 nəfərin həbs müdətini endirib. Onlardan 589 nəfəri ömürlük azadlıqdan məhrum edilmiş məhbus olub.

Qeyd edək ki, Obama iki gün əvvəl də aralarında ABŞ-ın gizli sənədlərini Wikileaks-ə ötürməkdə ittiham olunaraq 35 il həbs cəzasına alan Çelsi Menninq var.