Obama 30 minlik hədiyyə alıb - Prezidentliyinin son ilində

obama-30-minlik-hediyye-alib
Oxunma sayı: 1553

ABŞ-ın sabiq dövlət başçısı Barak Obama prezidentliyinin son ilində 30 min dollar dəyərində hədiyyə alıb.

Qafqazinfo”nun “New York Post”a istinadən verdiyi məlumata görə, siyasətçi 11 hədiyyə qəbul edib.

Hədiyyələr arasında ən dəyərlisi Müqəddəs İsa Məsih kilsəsinin rəhbəri tərəfindən Obamanın ailəsinin geneoloji ağacının təsvir olunduğu 8,3 min dollar dəyərində 5 cildlik kitab tutur.

Digər hədiyyələr arasında National Geographic tərəfindən hədiyyə olunmuş 7 min dollarlıq köhnə xəritələrdən ibarət dəst, aktrisa Vupi Qoldberqin hədiyyə etdiyi foto da var.