O prezidentin adından zəng etdilər - Ərdoğana şok dələduzluq

o-prezidentin-adindan-zeng-etdiler
Oxunma sayı: 5866

Rusiyanın məşhur telefon fırıldaqçıları, Vovan və Leksusun budəfəki hədəfi Türkiyə prezidenti Ərdoğan olub.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər özlərini Ukrayna baş naziri və prezidenti kimi təqdim edərək bu dəfə Türkiyə prezidenti ilə telefon əlaqəsi saxladıqlarını iddia ediblər. Onların prezidentlə telefon danışıqlarının səs yazısı isə internetdə yerləşdirilib.

Səs yazısında özlərini Ukrayna prezidenti Poroşenko kimi təqdim edən fırıldaqçılar Ərdoğana Rusiya əleyhinə koalisiya yaratmaq istədiklərini və ondan bu koalisiyada iştirak edib-etməyəcəklərini soruşublar.

Ərdoğan olduğu iddia edilən şəxs isə “məmuniyyətlə, zərrə qədər şübhəniz də olmasın” cavabını verib.

Daha sonra Rusiyadan vurulan təyyarə ilə bağlı üzr istəmək niyyətində olub-olmadığını soruşublar. Lakin Ərdoğanın bu suala cavabı yayımlanmayıb. Onlar bildiriblər ki, bir televiziyaya söz verdikləri üçün audio yazını tam yayımlaya bilməyəcəklər.

Türkiyə prezident administrasiyası isə xəbəri təkzib edib və bildirilib ki, belə bir zənglə bağlı məlumatlı deyillər: “Prezidentə belə asan zəng etmək mümkün deyil. Bu, hesab edirəm ki, saxtadır. Belə ki, müvafiq danışıqlar üçün xüsusi kanallardan və prosedurlardan istifadə edilir”.

Qeyd edək ki, Vovan və Lexus siyasətçilər və məşhurlara etdikləri qalmaqallı zəngləri ilə tanınırlar. Onların qurbanları arasında Ukrayna patriarxı, Kseniya Sobçak, Lukaşenko, Saakşavili də olub. Sonuncu ən qalmaqallısı isə müğənni Eltin Cona prezident Putinin adından edilən zəng olmuşdu.