O ölkə qohum evlilikləri qadağan etdi

o-olke-qohum-evlilikleri-qadagan-etdi
Oxunma sayı: 1587

Tacikistanda yaxın qohumlar arasında nikahı qadağan edən qanun qüvvəyə minib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadağa birinci dərəcəli yaxın qohumlara şamil ediləcək. Bundan başqa, nikaha girməmişdən əvvəl gənclər qan analizi verərək pulsuz tibbi müayinədən keçməli olacaqlar. Artıq ZAQS orqanları tibbi arayış olmadan nikah bağlaya bilməyəcəklər.

Qeyd edilir ki, daha əvvəl ölkənin səhiyyə və sosial müdafiə naziri Nusratulla Salimzoda bəyan etmişdi ki, 2015-ci ilin əvvəllərində Tacikistanda 30 mindən çox əlil uşaq qeydə alınıb. Onların əksəriyyəti qohum nikahlarından doğulanlardır.