O FETÖ-çüləri tapana mükafat veriləcək

o-feto-culeri-tapana-mukafat-verilecek
Oxunma sayı: 1167

Türkiyədəki çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəsinə görə axtarışa verilən bəzi şəxslər barədə mükafat müəyyən edilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, “terrordan axtarılanlar” siyahısına FETÖ ilə əlaqəsi olan 37 nəfər də əlavə edilib. Axtarışa verilənlərdən 8-i “qırmızı” kateqoriyaya salınıb və həmin şəxslərə görə 4 milyon lirəyə qədər mükafat təyin edilib. O da qeyd edilir ki, “qırmızı” kateqoriyada yer alanlardan biri Adil Öksüzdür.

Xatırladaq ki, FETÖ-nün imamı kimi təqdim edilən Adil Öksüz 15 iyul gecəsi Akkıncı hərbi bazasında yaxalansa da, sonradan sərbəst buraxılmışdı.

Aysel Kərimova