“O, böyük bir faciənin qarşısını aldı...”

o-boyuk-bir-facienin-qarsisini-aldi
Oxunma sayı: 2025

“İstiqlal ruhumuzun simvol şəhərlərindən hesab olunan İzmirdə ictimai sülh və hüzurumuzu hədəf alaraq həyata keçirilən bu mənfur hücumu lənətləyir, şiddətlə qınayıram”.

Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binəli Yıldırım İzmirdə Ədliyyə binası önündə törədilmiş terror aktından bəhs edərkən bildirib.

“Bu hücumda canından keçərək şəhid olan qəhrəman polisimiz Fethi Sekin çox daha böyük bir faciənin baş verməsinin qarşısını alıb”, - B. Yıldırım vurğulayıb.

Qeyd edək ki, İzmir Ədliyyəsi qarşısında baş vermiş partlayış nəticəsində 1-i polis, 1-i ədliyyə işçisi olmaqla 2 nəfər şəhid olub, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.