Nissan “NISMO” brendini təqdim edib

nissan-nismo-brendini-teqdim-edib
Oxunma sayı: 2667

Nissanın dünyaca məşhur idman və yol avtomobillərinin performans brendi olan NISMO, Dubayda keçirilən möhtəşəm tədbiri ilə Yaxın Şərqdə debüt edib. Bu debüt, şirkətin regionda avtomobil həvəskarları üçün “Həyəcanverici İnnovasiya” vədinin yerinə yetirilməsinə doğru növbəti addım olub.

Öz performans brendini təqdim etməklə yanaşı, Nissan şirkəti həmçinin Patrol NISMO modelinin dünya premyerasını da həyata keçirib. Off-road və idman avtomobillərinin yerli avtomobil həvəskarları üçün necə böyük əhəmiyyət kəsb etdiyindən xəbərdar olan Nissan şirkəti inanır ki, Patrol NISMO modelini Yaxın Şərqdə təqdim etmək üçün ən münasib vaxtdır.

“NISMO, Nissanın “Həyəcanverici İnnovasiya” vədinin əsas məğzidir” – Nissan şirkətinin Yaxın Şərq üzrə İcraçı Direktoru Samir Çerfan bildirib. “Biz əfsanəvi modelimiz olan Nissan Patrolu NISMO avtomobilləri cərgəsinə daxil etmədikcə NISMO-nu regionda təqdim edə bilməzdik. Yüksək performansa malik brendi Yaxın Şərqdə təqdim etmək və Patrol NISMO modelini dünya premyerası modeli kimi nümayiş etdirmək, bütün müştərilərimizin möhtəşəm sürüş təcrübəsi qazana bilməsini mümkün etmək istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur”.

Öz yüksək performanslı yol avtomobilləri xəttinin bir hissəsi kimi, Nissan 3 NISMO modelini – 370Z NISMO, GT-R NISMO və Patrol NISMO modellərini nümayiş etdirib.

Regionun yüksək performanslı avtomobillərin çoxluğu ilə öyünməsini və Nissan’ın etibarlı idman avtomobilləri brendi kimi uğurlu nüfuzunu nəzərə alsaq, Yaponiyanın qabaqcıl avtomobil istehsalçısı inanır ki, NISMO Yaxın Şərq bazarında güclü rezonansa səbəb olacaq.

“Regiona girdiyimiz vaxtdan etibarən Nissan müstəsna keyfiyyəti, performansı, yenilikçiliyi və etibarlılığı ilə tanınan güclü və püxtələşmiş bir avtomobil brendi formalaşdırıb. İdman və off-road avtomobillərin istehsalında uzunmüddətli uğur tarixçəmizi də bura əlavə etsək, inanırıq ki, tamamilə yeni NISMO modellərimizlə son dərəcə mükəmməl və möhtəşəm təəssüratlar təklif etməkdə Nissan brendi unikal mövqeyə sahibdir” – Cənab Çerfan öz sözlərinə əlavə edib.

NISMO idman avtomobilləri aləmində artıq məşhurdur və hal-hazırda o, Nissan şirkətinin eksklüziv performansa malik yol avtomobil brendi kimi digər bazarlara açılır.

Normalara meydan oxumaq üçün innovativ həllərin cəsarətli və ağıllı şəkildə tətbiq edildiyi yenilikçi yapon mühəndisliyi ruhunda dərin kök salmış NISMO avtomobilləri, idman üslublu aerodinamikası və stili, təkmilləşdirilmiş idarəetmə xarakterisitikaları və təkrarsız çevikliyi ilə həyəcanverici sürüş təəssüratları bəxş edir.

Samir Çerfanın sözlərinə əsasən, NISMO Nissan’ın uzunmüddətli istehsalat planının mühüm bir hissəsidir. “Biz NISMO-nun avtomobillərimizin sırasına əlavə olunmasını, regionda uğurlu idman avtomobilləri irsimizə əsaslanan biznesin genişlənməsinə dair strategiyamızın əsas elementi kimi görürük. NISMO brendi, avtomobillər silsiləsinə yüksək dəyərə sahib, etibarlı və arzu olunan bir əlavədir və bu brendi Yaxın Şərqə gətirdiyimiz üçün qürur hissi keçiririk”. 

Təqdim olunmuş hər 3 NISMO modeli NISMO DNA yığımı əsasında dizayn edilib və idman avtomobilləri aerodinamikası və üslubuna, təkmilləşdirilmiş idarəetmə xarakterisitikalarına və təkrarsız çevikliyə malikdir. NISMO-nun dizaynına məxsus bəzi fərqləndirici əlamətlərə qırmızı zolaqlar və qapların üstündəki qırmızı güzgülər daxildir. Başgicəlləndirici NISMO modellərini bu səciyyəvi xüsusiyyətlərə əsasən dərhal tanımaq olur.

Nissan şirkəti inanır ki, NISMO modelinin uğuruna səbəb, onun performansını müstəsna şəkildə təkmilləşdirən premium dizaynı, təkmilləşdirilmiş idarəetmə sistemi və asqı sistemidir.
NISMO modelləri tələbkar idman avtomobilləri arenası çərçivəsində işlənib-hazırlanmış və sınaqdan keçirilmiş qabaqcıl texnologiyalarla təchiz edilib. Öz müvafiq standart versiyaları ilə müqayisədə, sürücülərə həyəcanverici sürüş təcrübəsi qazandırmaq üçün NISMO modelləri idman avtomobillərinə xas aerodinamik dizayna, möhtəşəm idarəetməyə, təkmilləşdirilmiş sürət sisteminə və idman avtomobillərinin sürüş dinamikasına malikdir.

NISMO 1984-cü ilin sentyabr ayında Nissan Motor Company (Nissan) şirkətinin idman avtomobilləri sahəsində bütün fəaliyyətlərini dəstəkləmək üçün təsis edilmiş xüsusi şirkətdir. NISMO, Nissan şirkətinin performans brendi və innovativ və həyəcanverici modellərindən biridir.

Patrol NISMO

• Nissanın əfsanəvi SUV-Patrol modelinin yarışlardan ilham alaraq dizayn edilmiş versiyası
• Həyəcanverici performans üçün 428 at gücü
• 70%-dən çox dövretmə tezliyi diapazonu ilə dövretmə anının təkmilləşməsi
• NISMO® 22" RAYS® dəmir qurşaqlı, xəlitəli təkərlər
• təkmilləşdirilmiş və rahat idarəetmə üçün “Bilstein” amortizatorlarına malik NISMO® nizamlı asqı
• Takumi nizamlı Mühərrik
• Dəqiq idarəetmə və cəld reaksiya üçün fərdiləşdirilmiş gövdə gücləndiriciləri
• Birinci seqment Zero-Lift aerodinamik xarici görünüş
• NISMO® məxsusi nişanlı dizayna malik xarici cizgilər
• NISMO® Sport nizamlı Sükan Gücləndiricisi
• NISMO® Bespoke dizaynlı salon
GT-R NISMO (MY15 GT-R NISMO US spesifikasiyalar istinad kimi)
• Nissan’ın əfsanəvi GT-R modelinin sürət yarışlarından ilham alaraq dizayn edilmiş versiyası
• Möhtəşəm performans üçün 600 at gücü (441kv)
• Müstəsna “yolu tutmaq” bacarığı üçün 300 km/s (186 mil/s) sürətlə əlavə 100 kq sıxma gücü generasiya edən qabaqcıl aerodinamika
370Z NISMO (MY15 Z NISMO US spesifikasiyalar istinad kimi)
• Yenilənmiş 370Z NISMO modeli özəlliklərinə səciyyəvi yeni xarici görünüş, yeni dizaynlı təkərlər və geniş salon daxildir
• Performansın yüksəldilməsi məqsədilə aparılan təkmilləşmələrə yenidən nizamlanmış asqı sistemi və Recaro® ilə birgə işlənib hazırlanmış, eksklüziv olaraq 370Z Nismo üçün dizayn edilmiş oturacaqlar daxildir.