Niderlandın Rusiyadakı səfiri XİN-ə çağırılacaq

niderlandin-rusiyadaki-sefiri-xin-e-cagirilacaq
Oxunma sayı: 810

Niderlandın Rusiyadakı səfiri oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın Niderlanddakı səfiri də rəsmi Moskvanın Malayziyaya məxsus sərnişin təyyarəsinin Donetsk üzərində vurulması ilə bağlı aparılan istintaq tədbirlərindən sonra verdiyi tənqidi hesabatı ilə bağlı məruzə üçün XİN-ə çağırılıb.

Xatırladaq ki, 2014-cü ilin iyulunda MH17 Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən “Malayziya Hava Yolları” aviaşirkətinə məxsus “Boinq-777” sərnişin təyyarəsi Donetsk üzərində vurulub. Qəza nəticəsində 283 sərnişin və 15 ekipaj üzvü həlak olub. Onlardan 192 nəfəri Niderland vətəndaşı və 44 nəfəri Malayziya vətəndaşı olub.