Nazirin bacısı bazarda tərəvəz satır - Video

nazirin-bacisi-bazarda-terevez-satir
Oxunma sayı: 14237

Xəbər verdiyimiz kimi, Türkiyə baş nazir Binalı Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini açıqlayıb.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, elm, sənaye və texnologiya naziri təyin olunan Faruk Ozlünün bazarda tərəvəz satan bacısı bu xəbəri elə oradaca alıb.

Qardaşının nazir olduğunu öyrənən 63 yaşlı Mürvet Çolaka məlumatı bazardakı dostları söyləyib: “Qardaşım olduqca çalışqan, dürüst, istədiyini əldə edən biridir. Dövlət üçün keyfiyyətli işçi olacaq”.

Qeyd edək ki, millət vəkilinin anası da oğlunun yeni təyinatı münasibətilə “Hürriyət”ə müsahibə verib.