NATO-nun İranla bağlı planları açıqlandı

nato-nun-iranla-bagli-planlari-aciqlandi
Oxunma sayı: 647

O bildirib ki, Suriyada rejim dəyişikliyinə nail olmaqla bu ölkədən İrana hücum üçün təhlükəsiz bir liman vasitəsi kimi istifadə etmək mümkün olacaq. Bazar günündən bəri tank atəşinə tutulan və azı 30 sivilin həyatını itirdiyi Hama əməliyyatından sonra Moskvanın Suriya məsələsində siyasi gediş etdiyini bildirən Rogozin “İzvestiya” qəzetinə açıqlamasında qərb ölkələrinin Suriya üçün də digər Şimali Afrika ölkələri üçün nəzərdə tutduqları ssenarini düşündüklərini bildirib. O, ittifaq güclərinin əsas hədəflərinin qərb ilə razılaşmayan rejimlərin dəyişdirilməsi, Suriya və Yəməndən İrana hücum üçün son addım olaraq istifadə etmək olduğunu qeyd edib: “İranın ətrafında çevrə daralır...İrana qarşı hərbi planlar davam edir. Biz bölgədə geniş miqyaslı bir savaşın başlamasından narahatıq”.
Rusiyanın NATO-dakı səfiri Moskvanın Liviya dərsindən sonra Suriyada güc tətbiq etməyə qarşı olacağını bildirib: “Şimali Afrikada meydana gələcək geniş miqyaslı qarşıdurmalar bütün dünya üçün dağıdıcı olacaq”.

Səidə