NATO-nun 130 əsgəri Estoniyaya yerləşdirildi

nato-nun-130-esgeri-estoniyaya-yerlesdirildi
Oxunma sayı: 788

Böyük Britaniyanın 130 hərbçisi NATO batalyonunda xidmət etmək üçün Estoniyaya gəlib.

Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hərbçilərin olduğu təyyarə Emari hava limanına enib. Onları Estoniyanın müdafiə naziri Marqus Tsaxkna qarşılayıb.

İngilis hərbçilər Tapa hərbi bazasında yerləşdiriləcək. NATO batalyonun Estoniyadakı heyəti ümumilikdə 1200 nəfər təşkil edəcək.

Qeyd edək ki, ötən il NATO-nun Varşava sammitində Latviya, Litva, Estoniya və Polşada dörd çoxmillətli tabor yerləşdirmək qərarı verilib.