Nadejda Savçenko siyasətə gəlir

nadejda-savcenko-siyasete-gelir
Oxunma sayı: 1671

Ukraynalı hərbçi Nadejda Savçenko Ali Radanın milli təhlükəsizlik və müdafiə komitəsinə daxil olmaq niyyətindədir.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Savçenkonun da üzvü olduğu “Batkivşina” fraksiyasının deputatı məlumat verib:

“Savçenko prezident administrasiyasında görüşdən sonra Yuliya Timoşenko ilə görüşüb. Bizim çox isti söhbətimiz oldu. Nadejda komanda oyunçusudur və bu gün “Batkivşina” komandasının ayrılmaz üzvü olduğunu göstərdi. O, parlamentdə işləyəcək və Nadejda onun üçün yeni olan siyasi, parlament işinə mümkün qədər tez daxil ola bilmək üçün hər kəsdən yardım istədi”.