Myanmanın keçmiş paytaxtı Yangonda Amerika Birləşmiş Ştatlarının səfirliyində partlayış baş verib.
“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Sinxua agentliyi yayıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Diplomatik missiyasının rəsmi internet səhifəsində də məlumat hələ təsdiqlənməyib.