Müsahibə verən generalın ürəyi getdi - Video

musahibe-veren-generalin-ureyi-getdi
Oxunma sayı: 2614

Dünyanın super gücü hesab edən ABŞ prezidenti Barak Obamanın təyyarəsinin kapitanı canlı yayaımda özündən gedib.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin general mayoru Ceyms Martin açıqlama verərəkən qəfildən vəziyyəti pisləşib. "F-35" qırıcılarına büdcədən ayrılan vəsait barədə jurnalistlərin sualları cavablandırılan zaman general mayorun başı kürsüyə doğru əyilməyə başlayıb. Ona ilk müdaxiləni yanındakı digər hərbçilər ediblər. Dərhal generala su verilib və başqa otağa keçirilib.

Bu zaman onlardan biri zarafat etməyi də unutmayıb: "Bu da "F-35"in nəyə qadir olduğu..."

Daha sonra 52 yaşlı C.Martin dərhal xəstəxanaya çatdırılıb. Onun özündən getməsinin səbəbi barədə heç bir açıqlama verilməyib. Artıq vəziyyəti yaxşı olan general işinin başına geri dönüb.