Münhenin mərkəzində terror - Ölənlər var+Yenilənib

munhenin-merkezinde-terror
Oxunma sayı: 5720

Almaniyada atışma olub.

Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Münhenin mərkəzində qeydə alınıb. Şəhərin “Olimpiya” ticarət mərkəzindəki atışmada bir neçə şəxsin yaralandığı deyilir.

***

RİA Novosti hadisə nəticəsində 15 nəfərin öldüyünü yazır. Amma bu rəqəm rəsmən təsdiqlənməyib. Digər alman nəşrləri 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı haqda xəbər verirlər. 

***

Alman polisi vətəndaşları sözügedən ticarət mərkəzindən uzaqlaşmağa çağırır. İlkin məlumata görə, atışma aptekdə və kafedə açılıb.

***

Münhen polisi bu atışmanı terror aktı kimi təqdim edib. Hüquq-mühafizə orqanları terror zamanı 3 nəfərin öldüyü haqda açıqlama veriblər.

***

Münhendə fövqəladə vəziyyət elan olunub. Polis hadisəni törədən şəxslərin sayının 2 və daha artıq olduğunu istisna etmir.

***

Ölənlərin sayı 6 nəfərə çatıb.