Münhendə ölənlər arasında Türkiyə vətəndaşları da var - Adlar

munhende-olenler-arasinda-turkiye-vetendaslari-da-var
Oxunma sayı: 2569

Münhendəki atışmada həlak olanlar arasında üç Türkiyə vətəndaşı da var.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həlak olanlar hər birinin 15 yaşı olan Can Leyla, Səlcuq Kılıç və 1971-ci il təvəllüdlü Sevda Dağdır.

Qeyd edək ki, Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.

Münhendə ticarət mərkəzində atəş açan şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşı olub. Atışma iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verib.