Yunanlı multmilyonerin oğlu yüksək sürətlə sürdüyü Porsche avtomobili ilə ağır qəza törədib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun avtomobili park vəziyyətində duran avtomobilə çırpılıb, nəticədə 4 nəfər, o cümlədən 3 yaşlı uşaq ölüb.
Qəza zamanı Porsche-də olan supermarketlər şəbəkəsinin sahibinin oğlu və onun dostu da dünyasını dəyişib.
Müşahidə kamerasındakı görüntülərə əsasən, sahibkarın oğlu idarəetməni itirib. Qəza zamanı güclü yanğın baş verib.