Multmilyonerin oğlu ağır yol qəzasında öldü - Video

multmilyonerin-oglu-agir-yol-qezasinda-oldu
Oxunma sayı: 4062

Yunanlı multmilyonerin oğlu yüksək sürətlə sürdüyü Porsche avtomobili ilə ağır qəza törədib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun avtomobili park vəziyyətində duran avtomobilə çırpılıb, nəticədə 4 nəfər, o cümlədən 3 yaşlı uşaq ölüb.

Qəza zamanı Porsche-də olan supermarketlər şəbəkəsinin sahibinin oğlu və onun dostu da dünyasını dəyişib. 

Müşahidə kamerasındakı görüntülərə əsasən, sahibkarın oğlu idarəetməni itirib. Qəza zamanı güclü yanğın baş verib.