Mövlud Çavuşoğlu alman həmkarına zəng etdi - Qalmaqaldan sonra

movlud-cavusoglu-alman-hemkarina-zeng-etdi
Oxunma sayı: 1410

Türkiyə ilə Almaniya arasında baş verən siyasi qalmaqaldan sonra XİN rəhbərləri arasında telefon danışığı baş tutub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Siqmar Qabriellə telefon əlaqəsi saxlayıb.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız və ən nəhayət, XİN rəhbəri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunub.