Mosulun bir neçə kəndi terrorçulardan azad olundu - Yenilənib

mosulun-bir-nece-kendi-terrorculardan-azad-olundu
Oxunma sayı: 1367

İraq ordusu Mosulun qərb hissəsinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına başlayıb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə İraq baş naziri Heydər əl-Abadi bildirib.

Əl-Abadinin sözlərinə görə, əməliyyatda əsas məqsəd yerli sakinləri terrorçulardan xilas etməkdir.

***

İraq hərbçiləri Mosulun qərb hissəsinin İŞİD-çilərdən azad olunması istiqamətində aparılan hərbi əməliyyat çərçivəsində cənubda bir neçə kəndi ələ keçiriblər. Bu barədə “Reuters” şəxsi mənbəyə istinadən xəbər yayıb.