Mosulda İŞİD hərbi polisinin rəhbəri öldürüldü

mosulda-isid-herbi-polisinin-rehberi-olduruldu
Oxunma sayı: 736

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Mosul şəhərinə hava zərbələri endirib.

Qafqazinfo” xaric KİV-ə istinadən xəbər verir ki, hücum zamanı İŞİD-in Mosul şəhəri üzrə hərbi polisinin rəhbəri Haki İsmail Aued Əl-Hədidi öldürülüb.

Əməliyyatın fevralın 14-də keçirildiyi bildirilib.  

Qeyd edək ki, koalisiya qüvvələri 2016-cı ilin oktyabrından başlayaraq Mosulun İŞİD-dən azad edilməsi üçün əməliyyatlar keçirir.