“Mosula hücum dayandırıldı” - ABŞ-dan açıqlama

-mosula-hucum-dayandirildi
Oxunma sayı: 2235

İraq ordusu Mosula hücumu dayandırıb.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ polkovniki Con Dorrian bildirib.

“Şimaldan Mosul istiqamətində hərəkət edən İraq ordusu hazırda irəliləməni dayandırıb. Onlar yeni mövqelərin bərkidilməsi və təhcizatın bərpası ilə məşğuldurlar. Bunun bir neçə gün davam edəcəyini düşünürük, sonra yenidən hücumlar bərpa olunacaq”,-deyə polkovnik jurnalistlərə açıqlamasında qeyd edib.

Qeyd edək ki, Mosul əməliyyatları oktyabrın 17-də başlayıb.